APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu gün Ankarada keçiriləcək görüşdə ölkədə seçkilərdən sonra yaranmış durum və koalisiya hökumətinin formalaşdırılması məsələsi müzakirə olunacaq.
Qeyd edək ki D. Baykal yeni parlamentin ən yaşlı üzvü qismində Böyük Millət Məclisinin ilk toplantısını açacaq və sədr seçilənə qədər parlamenti idarə edəcək. CHP-nin TBMM sədri vəzifəsinə D. Baykalın namizədliyini irəli sürəcəyi gözlənilir.