Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 25-də Gürcüstana rəsmi səfər edəcək.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Ermənistanın bu ölkədəki səfiri Ruben Sadoyan arasında keçirilmiş görüşdə bildirilib.
Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Tərəflər ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə edib.
Görüş zamanı Gürcüstan baş nazirinin gələn ilin əvvəlində Ermənistana rəsmi səfərinin planlaşdırıldığı da qeyd olunub.