Bank Of Baku

Ermənistan prezidentinə sərt sual verən fransız jurnalist hədələnib

Ermənistan prezidentinə sərt sual verən fransız jurnalist hədələnib
# 26 noyabr 2012 15:50 (UTC +04:00)

 

 

Bakı. Məlahət Nəcəfova - APA. Fransanın “Tribune de Lyon” qəzeti Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə səfəri zamanı baş verən insidentlə bağlı məqalə dərc edib.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “France 3” telekanalına müsahibəsi zamanı jurnalist Olivye Mişelin sualı Sarkisyanın xoşuna gəlməyib.

 

“Mən ondan ölkədəki korrupsiya və Ermənistanın Suriyadakı rejimə dəstəyi barədə soruşdum”, - deyə jurnalist yazır. Bu sual müsahibədən sonra gərgin atmosfer yaradıb: “Tərcüməçi mənə yaxınlaşdı və nazirlərdən biri məni barmağı ilə hədələdi”.

 

Sonda qəzet kinayə ilə yazır ki, O.Mişel növbəti məzuniyyətini Ermənistanda keçirməsə, yaxşı olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR