Bank Of Baku

Fətullah Gülən baş nazir Ərdoğana deyil, prezident Gülə məktub göndərib

Fətullah Gülən baş nazir Ərdoğana deyil, prezident Gülə məktub göndərib
# 05 yanvar 2014 09:00 (UTC +04:00)

Bakı - APA. Nur icmasının ABŞ-da yaşayan lideri Fətullah Gülənin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana deyil, prezident Abdulla Gülə məktub göndərdiyi məlum olub. APA-nın xəbərinə görə, F. Gülənin fəxri sədri olduğu Türkiyə Qəzetçilər və Yazarlar Vəqfi bu barədə açıqlama yayıb. Açıqlamada deyilir:

 

“Baş nazir Rəcəb Tayyib Ərdoğanın bir qisim mətbuat və QHT nümayəndələri ilə keçirdiyi görüşdə bir məktubdan bəhs edildikdən sonra bəzi jurnalistlər tərəfindən ictimaiyyətə müxtəlif açıqlamalar verilib. Yanlış məlumatlar əsasında bəzi xətalı izahların verilməsi bizdə təəssüf doğurdu. Yəqin ki, hörmətli baş nazirin sözləri doğru anlaşılmayıb deyə bu cür yanlış açıqlamalara yer verilib. Məsələnin əsli belədir: Vəqfimizin fəxri sədri Fəthullah Gülən xocaəfəndi hörmətli bir dövlət rəsmisinin göndərdiyi bir insanla görüşüb. Görüşün sonunda cavab olaraq bir məktub yazıb. Xocaəfəndinin məktubu baş nazir Ərdoğana yazılmayıb və məzmununda heç bir “sövdələşmə”yə yer verilməyib”.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR