Bank Of Baku

Finlandiya XİN rəhbəri sürət həddini aşdığına görə cərimələnib

Finlandiya XİN rəhbəri sürət həddini aşdığına görə cərimələnib
# 14 fevral 2015 07:59 (UTC +04:00)

Bakı - APA. Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya sürət həddini aşdığına və texniki baxışdan keçməyən avtomobili idarə etdiyinə görə cərimələnib.

 

APA-nın “Yle” agentliyinə istinadən xəbər verir ki, nazirin cəriməsi miqdarı doqquz günlük maaşına bərabər olub.

 

Hadisə hələ ötən ilin sentyabr ayında paytaxt Helsinkinin mərkəzində baş verib. Nazir maksimal sürət həddi 40 km/saat olan yolda 49 km/saat sürətlə hərəkət edib.

 

Yerli Prokurorluğun açıqlamasında qeyd edilir ki, cərimə yazılan zaman XİN rəhbəri “etiraz etməyib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR