Bank Of Baku

Fransa: «Malidəki vəziyyət Avropa üçün təhlükədir»

Fransa: «Malidəki vəziyyət Avropa üçün təhlükədir»
# 12 yanvar 2013 02:56 (UTC +04:00)

Bakı-APA. Mali islamçılarının ölkəni nəzarətə götürmək istəyi Afrika və Avropanın təhlükəsizliyinə təhlükədir. Fransa xarici işlər naziri Loran Fabius bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

 

O son günlər islamçıların xeyli fəallaşdığını və sürətlə cənuba doğru hərəkət etdiklərini vurğulayıb.

 

«Bu mərhələdə Malidə tərəfimizdən həyata keçirilən əməliyyatın detallarını açıqlamaq istəmirəm. Lakin terrorçulara xəbərdarlıq edirəm. Onların qarşısını almaq üçün bütün müvafiq tədbirlər görüləcək», deyə XİN başçısı bəyan edib.

 

Malidə ölkənin üçdə ikisi, yəni şimalı artıq islamçıların nəzarətindədir. Bir neçə gün əvvəl onlar ölkənin mərkəzindəki Kona şəhərini ələ keçirərək sürətlə cənuba doğru irəliləməyə başlayıblar. Mali ordusu fransız, alman, Seneqal və Nigeriya qoşunlarının yardımı ilə islamçıları dayandıra bilib. Kona şəhəri yenidən hökumətin nəzarətinə keçib. Fransız və alman qoşunları ölkədə bir sıra məntəqələrə nəzarəti öz üzərilərinə götürüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR