Bakı-APA. Fransa Konstitusiya Şurası həmcinslər arasında nikahların leqallaşması və belə “ailələrə” övladlığa uşaq götürmək hüququnun verilməsi haqqında qanuna rəy verib. APA-nın məlumatına görə, Konstitusiya Şurası bu qanunun ölkənin Əsas Qanunu ilə ziddiyyət təşkil etmədiyini bildirib. Fransa prezidenti Fransua Olland bu gün qanunu imzalayıb. Qeyd edək ki, eyni cinslər arasında nikahın leqallaşdırılması haqqında qanun ölkədə çoxlu mübahisələrə və etiraz aksiyalarına səbəb olub.