Bank Of Baku

Fransa Malidə Kidal şəhərini üsyançılardan azad etdiyini bəyan edib

Fransa Malidə Kidal şəhərini üsyançılardan azad etdiyini bəyan edib
# 06 fevral 2013 03:48 (UTC +04:00)

Bakı-APA. Fransanın müdafiə naziri Jan İv Le Drian Malinin şimalında yerləşən Kidal şəhərinin Fransa ordusunun nəzarəti altına keçdiyini bəyan edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, nailiyyət afrikalı əsgərlərin köməyi ilə əldə olunub.

 

Bir qədər əvvəl bildirilirdi ki, Kidal şəhərinə 1800 Çad ordusunun əsgəri daxil olub. Kidal şəhəri  keçən ilin aprelində Malinin şimal regionlarını ələ keçirmiş üsyançıların sonuncu dayağı olub.  

 

Bu arada Brüsseldə BMT-nin, Avropa Birliyinin və Afrika Birliyinin nümayəndələrinin Malidə sabitliyin bərqərar olması məsələsi ilə bağlı görüşü davam edir. Müzakirə olunan məsələlər sırasında bu il Malidə demokratik seçkilərin keçirilməsi, beynəlxalq hərbi kontingentin maliyyələşməsi, humanitar yardımın edilməsi və sair məsələlər yer alıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR