Bank Of Baku

Fransa Malidəki əməliyyatlara görə təhlükəsizlik tədbirlərini gücləndirir

Fransa Malidəki əməliyyatlara görə təhlükəsizlik tədbirlərini gücləndirir
# 13 yanvar 2013 02:45 (UTC +04:00)

 

Bakı-APA. Fransa prezidenti Fransua Olland ordunun Malidə apardığı hərbi əməliyyatlara cavab olaraq islamçı qruplaşmalar tərəfindən terror təhlükəsi səbəbindən ölkə ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini bəyan edib.  

 

APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, xüsusilə, ictimai obyektlər və nəqliyyat üzərində nəzarət xeyli güclənəcək.

 

Fransa ordusu islamçı qruplaşmaların mövqelərinə aviazərbələr endirməkdə davam etdirir.  

 

Fransa prezidentinin sözlərinə görə, ordu düşmən qüvvələrinə ciddi zərbə vurub, lakin missiya hələlik davam edir.  

 

Malı hökumət qüvvələri, öz növbəsində, bildiriblər ki, Fransa ordusunun köməyi ilə Konna şəhərini islamçılardan azad edilib. Hərbi əməliyyat nəticəsində 100-dək silahlı öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR