Bakı-APA. Fransa parlamenti eynicinsli nigahların rəsmiləşdirilməsini nəzərdə tutan müfaviq qanunun birinci və ən mühüm maddəsini təsdiq edib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Fransa parlamentinin aşağı palatası tərəfindən təsdiqlənən maddə nigahı kişi ilə qadının cütlüyü kimi yox, iki insan arasında birlik kimi izah edir.
Qeyd edək ki prezident Fransua Ollandın eynicinsli cütlüklərin vətəndaş nigahında yaşaması hüquqlarını rəsmiləşdirəcəyi vədi Fransada qızğın mübahisələrə səbəb olmuşdur.