Bakı-APA. Fransa prezidenti Fransua Olland bəyan edib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxma proseduru qısa müddətdə tamamlanmalıdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa hökumətinin nümayəndəsi Stefan Le Fol bildirib.
"Prezident bəyan edib ki, bütün müvafiq prosedurlar mümkün qədər tez həyata keçirilməlidir", - deyə S. Le Fol vurğulayıb.
Bundan əvvəl Fransua Olland bildirmişdir ki, Böyük Britaniyanın Aİ-nı tərk etməsi ilə Avropanı ağır sınaq gözləyir.
Qeyd edək ki, dünən Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.