Bank Of Baku

Fransa XİN: İran Suriya böhranın sülh yolu ilə həllinə dair beynəlxalq konfransda iştirak edə bilməz

Fransa XİN: İran Suriya böhranın sülh yolu ilə həllinə dair beynəlxalq konfransda iştirak edə bilməz
# 27 may 2013 06:29 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran gələn ay Cenevrə şəhərində Suriya böhranın sülh yolu ilə həllinə dair keçirilməsi planlaşdırılan beynəlxalq konfransda iştirak edə bilməz”.

 

APA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib. Onun sözlərinə görə, İran Suriya böhranının bir parçasıdır və problemin sülh yolu ilə həllinə səy göstərmir.

 

Qeyd edək ki, L. Fabius mayın 31-də ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

 

Görüşdə Suriyadakı böhran və onun həlli yolları müzakirə ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR