Bank Of Baku

Fransada “Paris Notr-Dam” kilsəsində intihar hadisəsi baş verib

Fransada “Paris Notr-Dam” kilsəsində intihar hadisəsi baş verib
# 21 may 2013 18:05 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Fransanın paytaxtında məşhur “Paris Notr-Dam” kilsəsində intihar hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, ifrat sağçı fikirləri ilə tanınan Dominik Venner adlı 78 yaşlı yazıçı-publisist kilsəyə daxil olaraq tapançayla baş nahiyəsinə açdığı atəş ilə həyatına son qoyub. O bu intiharı Fransada bu yaxınlarda eyni cinsli nikahların leqallaşdırılmasına dair qəbul edilmiş qanuna etiraz olaraq həyata keçirib.

Bu gün işıq üzü görmüş məqaləsində intihar etmiş publisist Fransada eyni cinsli nikahların leqallaşdırılmasına dair qəbul edilmiş qanunu qətiyyətlə pisləyib və Fransa hakimiyyətinin islamçıların və afrika-ərəb miqrantlarının əlində oyuncaq olduğunu iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR