Bakı-APA. Fransada sərnişin qatarının relsdən çıxması nəticəsində azı 2 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
Məlumata görə, 2 vaqondan ibarət qatar Nitsadan Din le Ben şəhərinə gedirmiş. Vaqonlardan birinin aşdığı bildirilir. İlkin məlumata görə, relsin üstünə düşən daş qəzaya səbəb olub.
Hadisə yerində xilasetmə tədbirləri davam edir.