Onun sözlərinə görə, aprelin 24-də Fransa prezidenti Fransua Ollandın Ermənistana səfər etməsi ilə bağlı bir plan yoxdur.
Qeyd edək ki, ötən gün erməni mətbuatı Fransa prezidenti Fransua Olandın 24 aprel tarixində Ermənistana səfər edəcəyi ilə bağlı xəbər yayıb. Həmin gün Ermənistanda qondarma “erməni soyqırımı” günü kimi qeyd edilir.