Bakı-APA. Fransada büdcə məsələləri üzrə nazir Jerom Kayuzaka qarşı səslənən ittihamlar üzrə araşdırmalara başlanılıb. APA-nın "BBC" istinadən verdiyi xəbərə görə, ittihamlar ondan ibarətdir ki, Jerom Kayuzak vergi bəyannaməsində İsveçrə bankında olan şəxsi hesabı barədə məlumat əks etdirməyib.
O, həmçinin vergilərdən yayınmaqda da təqsirləndirilir.
Əvvələr plastik cərrah işləyən Jerom Kayuzak, öz növbəsində, bütün ittihamları əsassız sayır.
Prokurorluqda isə qeyd ediblər ki, ittihamlarla bağlı istintaqın başlanması Fransız hökumətinin büdcə kəsirini azaltmaq məqsədilə vergidən yayınma hallarına qarşı mübarizəni sərtləşdirməsi ilə bağlıdır.