Bakı. Real Cəfərli – APA. “ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları sərtləşdirilməlidir”. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu Fransanın müdafiə naziri Juan Yves Le Daryan bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı məlumatları gizlədir və ya sualları cavablandırmaqdan yayınır: “İranın mövqeyində heç bir yumşalma baş vermir. Uranın zənginləşdirilməsi prosesini isə həm kəmiyyət, həm keyfiyyət baxımından sürətləndirir. Ona görə də biz müzakirələr çərçivəsində qarşıdakı aylarda İrana təzyiqləri artırmalıyıq”.