APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın “İnter” telekanalına müsahibəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib.
G. Marqvelaşvili bildirib ki, iki qardaş xalq arasında münasibətləri korlamaq çox çətindir: “Hər gürcü Ukraynaya fayda vermək və Ukraynaya xidmət etməyi müəyyən mənada öz borcu sayır. Çünki bizim gələcəyə ümumi baxışımız var və strateji maraqlarımız eynidir. Hansı namizədləri vəzifələrə seçmək lazım olduğuna legitim Ukrayna hökuməti qərar verir. Bu, Ukraynanın daxili işidir”.