Bank Of Baku

GUAM xarici işlər nazirləri Gürcüstanın baş naziri ilə görüşüblər - FOTOSESSİYA

GUAM xarici işlər nazirləri Gürcüstanın baş naziri ilə görüşüblər - <span style="color: red;">FOTOSESSİYA
# 08 oktyabr 2017 17:08 (UTC +04:00)

GUAM-ın xarici işlər nazirləri Gürcüstan baş naziri ilə görüşüblər

 

Azərbaycan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Andrey Qalbur və Pavlo Klimkin Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə görüşüblər.

 

APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, görüşdə G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan GUAM-a sədrlik edən ölkə kimi təşkilatın yaranmasının 20 illiyi ilə bağlı xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməkdən qürur duyur.

 

Görüşdə təşkilata üzv ölkələrin regionda sülh, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf istiqamətində fəal addımlar atmağa hazır olduqları ifadə olunub.

 

Tərəflər həmçinin bu gün imzalanan birgə bəyannamənin GUAM ölkələri və xalqlarının rifahı üçün  əhəmiyyətini qeyd ediblər.

 

Qeyd edək ki, bu gün Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR