Bank Of Baku

Gürcü ekspert: “Ermənistan Cavaxetiyada separatizmi qızışdırmağa risk etməz”

Gürcü ekspert: “Ermənistan Cavaxetiyada separatizmi qızışdırmağa risk etməz”
# 09 yanvar 2013 09:19 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Cavaxetiya bölgəsində, konkret olaraq Axalkalakidə son ayda üçüncü dəfədir ki, hərbi məqsədli material və silah-sursat aşkar edilib”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Qafqaz məsələləri üzrə ekspert, konfliktoloq Mamuka Areşidze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilən silahlar neçə illər bundan əvvəl Cavaxetiyada olan Rusiya hərbi bazasından çıxarılıb: “Hərbi bazanın rəhbərliyi bilərəkdən elə hərəkət edib ki, silahlar yerli əhalinin əlinə keçsin. Hətta həmin hərbi bazada “yerli əhali ilə münasibətlər üzrə rəis müavini” vəzifəsi də mövcud idi. Əlbəttə, yerli əhali dedikdə Gürcüstan vətəndaşı olan etnik ermənilər nəzərdə tutulur”.

 

M. Areşidze hesab edir ki, bölgədə siyasi separatizm təhlükəsi var: “Lakin bu separatizm muxtariyyət tələbindən o tərəfə keçmir. Bu tələbi dəstəkləyən əhali hansısa aksiyalar keçirmir. Ən başlıcası isə, onların nüfuzlu lideri yoxdur. Rəsmi Yerevana gəlincə, o, Cavaxetiya məsələsini qızışdırsa, iqtisadi blokada ilə üzləşə bilər. Çünki Ermənistanın ərzaq ehtiyatlarının 90 faizi Gürcüstandan daxil olur. Hələ enerji təchizatını demirik. Ona görə də rəsmi Yerevan açıq şəkildə Cavaxetiyadakı separatizmi dəstəkləməyə risk etməz. Rusların əvvəllər də belə bir planı var idi. Məhz buna görə də onlar hərbi bazadakı silahları yerli əhaliyə verirdilər. Lakin bu plan pozuldu”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR