Bank Of Baku

Gürcü politoloq: "Qazprom"la müqavilə bağlansa, Gürcüstan Azərbaycan kimi strateji müttəfiqini itirəcək"

Gürcü politoloq: "Qazprom"la müqavilə bağlansa, Gürcüstan Azərbaycan kimi strateji müttəfiqini itirəcək"
# 19 yanvar 2016 16:12 (UTC +04:00)

APA Gürcüstan bürosunun məlumatına görə, bunu gürcü politoloqu Soso Tsinsadze "Aliya" qəzetinə müsahibəsində deyib.

 

"Azərbaycan bunu bizə bağışlamaz. Qaz məsələsi Azərbaycan üçün prinsip məsələsidir. Azərbaycanın milli valyutası dəyərini itirir. Rusiya isə bundan Azərbaycan əleyhinə istifadə edir", - deyə politoloq qeyd edib.
 

Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə dəstək verməsi Rusiyanı qəzəbləndirib və Rusiya bunu bağışlamaq istəmir. "Putin revanş götürür və biz də bu işə cəlb olunmuşuq”.

 

Politoloq "Qazprom" şirkəti ilə müqavilənin bağlanacağı halda Gürcüstanın təhlükəli vəziyyətlə üzləşəcəyini bildirib: "Müqavilə bağlansa, Gürcüstan tranzit funksiyasını və Azərbaycan kimi strateji müttəfiqini itirəcək, diplomatik manevr imkanlarımız məhdudlaşdırılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR