Bank Of Baku

"BlackRock" şirkəti "SpaceX" səhmlərinin alınması üçün ən azı 5 milyard dollarlıq sifariş verib

"BlackRock" şirkəti "SpaceX" səhmlərinin alınması üçün ən azı 5 milyard dollarlıq sifariş verib
# 12 iyun 2026 00:33 (UTC +04:00)

"BlackRock" İnvestisiya şirkəti İlon Maska məxsus "SpaceX" şirkətinin qarşıdan gələn IPO-su çərçivəsində ən azı 5 milyard dollar dəyərində səhmlərin alınması üçün sifariş təqdim edib.

Bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, digər iri investisiya şirkətləri də oxşar həcmdə sifarişlər təqdim ediblər.

Bildirilir ki, müraciətlərin həcmi ənənəvi ilkin kütləvi yerləşdirmələr zamanı müşahidə olunan göstəriciləri xeyli üstələyir.

Fərdi investorlar ümumilikdə 70 milyard dollardan çox həcmdə sifariş veriblər.

Bundan başqa, suveren fondlar və ailə investisiya ofisləri də yerləşdirməyə maraq göstəriblər. Hətta investorların birinin 1 milyard dollardan çox məbləğdə səhm almaq istədiyi bildirilir.

"SpaceX" IPO vasitəsilə təxminən 75 milyard dollar cəlb etməyi planlaşdırır.

Bu, tarixdə ən böyük IPO ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR