Gürcüstanın “Sadaxlı” gömrük-keçid məntəqəsində Ermənistan vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxsin avtomobilində bəyan edilməmiş, ümumi çəkisi 537,7 kiloqram olan mis qırıntıları aşkar olunub. Müsadirə olunmuş malın gömrük dəyəri 4086,52 lari təşkil edib.
Ermənistan vətəndaşına qarşı malın dəyərinə bərabər məbləğdə cərimə tətbiq olunub.