Gürcüstan əhalisinin sayı cari ilin əvvəlində 3 718 200 nəfər təşkil edib.
APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin eyni göstəricisi ilə müqayisədə əhalinin sayı 2200 nəfər azalıb.
Hesabata əsasən, qonşu ölkədə qadınların sayı kişilərin sayından çoxdur. Gürcüstanda qadınların sayı 1 936 700, kişilərin sayı isə 1 781 500 nəfər təşkil edir. Əhalinin 57,2%-i şəhərlərdə, 42,8%-i isə kəndlərdə yaşayır.
Hesabatda Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi ilə bağlı göstəricilər isə 2014-cü ili əhatə edir. Onlara əsasən, qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 min nəfər olmaqla, Gürcüstan əhalisinin 6,3%-ni təşkil edir.