Bank Of Baku

Gürcüstan hökuməti işğal olunmuş ərazilər haqqında qanunu yumşaldacaq

Gürcüstan hökuməti işğal olunmuş ərazilər haqqında qanunu yumşaldacaq
# 07 fevral 2013 14:07 (UTC +04:00)

 APA-nın məlumatına görə, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili bildirib ki, mövcud qanuna əsasən, Gürcüstan ərazisinə Abxaziya və Cənubi Osetiyadan keçməklə daxil olan xarici vətəndaşlar Gürcüstanın nəzarətində olan ərazilərə daxil olan kimi saxlanırdı: “Onlara qarşı cinayət işləri qaldırılır, həmin şəxslər müxtəlif müddətə azadlıqdan məhrum edilirdi. Biz bunu ədalətsiz sayırıq, çünki bir çox Azərbaycan və Ermənistan vətəndaşları öz vətənlərinə Gürcüstan ərazisindən keçməklə qayıdan zaman ölkəmizin həbsxanalarına düşüblər”. 

 

Yeni qanun analoji hərəkətləri ilk dəfə etmiş vətəndaşların inzibati məsuliyyət daşımasını nəzərdə tutur. Həmin şəxslər eyni hərəkəti ikinci dəfə təkrarladıqları təqdirdə onlara qarşı cinayət işi başlana bilər. Gürcüstan hökumətinin bugünkü iclasında qeyd olunan qanun layihəsi bəyənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR