Bank Of Baku

Gürcüstan Konstitusiya məhkəməsi Mixail Saakaşvilinin səlahiyyətlərinə dair iddiaya baxmaqdan imtina edib

Gürcüstan Konstitusiya məhkəməsi Mixail Saakaşvilinin səlahiyyətlərinə dair iddiaya baxmaqdan imtina edib
# 05 fevral 2013 20:40 (UTC +04:00)

 

Bakı-APA. Gürcüstan Konstitusiya məhkəməsi Mixail Saakaşvilinin səlahiyyətlərinə dair iddianın baxılmasını qəbul etməyib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi məlumata görə, buna səbəb kimi o göstərilir ki, “konstitusiya tipli dəyişiklikləri yalnız xalq tərəfindən seçilmiş qanunverici orqan qəbul edə bilər”.

 

Xatırladaq ki, müvafiq iddia ilə məhkəməyə yanvarın 4-də qeyri-hökumət təşkilatların bir qrup üzvü müraciət edib. Onlar prezidentin səlahiyyətlərini uzadılmasını əsaslandıran Konstitusiyaya “zidd olan maddəni” ləğv etməyə çağırıblar.

 
Belə ki, iddiada qeyd olunur ki, 70-ci maddənin 9-cu hissəsində qeyd olunur ki, Gürcüstanda prezident seçkiləri prezidentin səlahiyyətlərinin yekunlaşdığı ilin oktyabrında keçirilməlidir. Həmin maddənin 1-ci hissəsində isə qeyd olunub ki, Gürcüstanda prezident yalnız beş il müddətinə seçilir.
 
QHT-lərin bir qismi hesab edir ki, prezident Mixail Saakaşvilinin səlahiyyətləri yanvarın 20-də sona çatıb. Məhz yanvarın 20-də Saakaşvilinin inauqurasiyasının beş ili tamam olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR