Bank Of Baku

Gürcüstan müsəlmanları xüsusi bəyanat yayıb

Gürcüstan müsəlmanları xüsusi bəyanat yayıb
# 27 dekabr 2017 12:18 (UTC +04:00)

Gürcüstanın müsəlman dini liderləri ölkədə baş verən son proseslərlə bağlı bəyanat yayıb. 

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bəyanatda din adı ilə törədilən istənilən zorakılıq pislənilir. 
 

Sənəddə qeyd olunub ki, terrorizmin milliyyəti və dini yoxdur: “Şiddət, zülm, işgəncənin İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam sülh və mehribanlıq dinidir. Gürcüstanın milliyyəti və dinindən asılı olmayaraq bütün vətəndaşlarını ölkədə sülh və sabitliyi qorumağa və zorakılığa qarşı birləşməyə çağırırıq”. 
 

Bəyanat müəllifləri qeyd ediblər ki, Gürcüstan müsəlmanları digər konfessiyalarla birgə əsrlər boyu sülh şəraitində yaşayıb və ölkənin inkişafına töhfə veriblər. 
 

Qeyd edək ki, dünən Gürcüstanda çeçenlərin yaşadığı Pankisi dərəsində həyata keçirilmiş xüsusi əməliyyat zamanı terrorçuluq fəaliyyətində şübhəli bilinən 5 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR