Bakı-APA. Biz gələn il qəti addım atmalıyıq və ən azından NATO-ya üzvlük üzrə fəaliyyət planını almağa çalışmalıyıq. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili Silahlı Qüvvələrin yaranmasının 22-ci ildönümünə həsr olunmuş tədbirdə bəyan edib.
Onun sözlərinə görə, gələn il NATO-ya üzvlük üzrə fəaliyyət planını almaq məqsədi ilə qəti addımların atılması üçün bütün imkanlar səfərbər ediləcək.
“Bundan artığına, yəqin ki, nail ola bilməyəcəyik, lakin NATO-ya üzvlük üzrə fəaliyyət planını almağa qəti planlaşdırmışıq. NATO-nun gələn il keçiriləcək iclası zamanı biz bu istiqamətdə güclü addım atmalıyıq”, deyə İvanişvili qeyd edib.