Bakı-APA. Gürcüstan parlamenti Cinayət Məcəlləsinə düzəlişləri təsdiq edərək, zorakılığa çağırışlar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qərar qəbul edib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, müxtəlif etnik, sosial və digər qrup insanlar arasında nifaq salmaq məqsədi ilə şifahi, yazılı və ya hər hansı digər şəkildə zorakılığa çağırış 400 saatlıq ictimai işlər cəzası və yaxud cərimə ilə cəzalandırılacaq.
Çağırışlar ağır bədən xəsarəti və ölümlə nəticələndiyi halda 5 ilə gədər həbs cəzası nəzərdə tutulub.