Bank Of Baku

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Kiyevdə Mixail Saakaşvili ilə görüşdüyü barədə məlumat yayılıb

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Kiyevdə Mixail Saakaşvili ilə görüşdüyü barədə məlumat yayılıb
# 25 fevral 2015 15:08 (UTC +04:00)

APA-nın Gürcüstanın “Alia” nəşrinə istinadən verdiyi məlumata görə, bunu “Vəkillər və hüquqşünaslar Beynəlxalq Observatoriyası” adlı qeyri-hökumət təşkilatının rəhbəri Qriqori Qaqnidze deyib.  

 

Görüşün bir neçə dəqiqə davam etdiyini deyən Q. Qaqnidze hazırkı prezidentin sabiq prezidentlə hansı məsələləri müzakirə etdiyini bilmədiyini söyləyib: “Görüş təntənəli mərasim zamanı baş tutub. Bunu mənə daim Saakaşvilinin yanında olan ukraynalı jurnalist deyib. Saakaşvilinin ətrafında olan şəxslərin də həmin görüşdə iştirak etdiyi bildirilsə də, onların kimliyi bilinmir. Bu onunla izah olunub ki, həmin insanlar tanınmış simalar deyildilər”. 

 

Q. Qaqnidze ehtimal edib ki, qısamüddətli görüş zamanı Marqvelaşvili sabiq prezidentə parlament çoxluğuna qarşı mübarizə aparmaq niyyətində olduğunu bildirib. 

 

Marqvelaşvili-Saakaşvili görüşünün Gürcüstanda böyük ajiotaja səbəb olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR