Bank Of Baku

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukraynada vəzifəyə təyinatına münasibət bildirib

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Ukraynada vəzifəyə təyinatına münasibət bildirib
# 17 fevral 2015 21:37 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili jurnalistlərə açıqlamasında ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada vəzifəyə təyin edilməsinə münasibət bildirərkən deyib.

 

G. Marqvelaşvilinin sözlərinə görə, axtarışda olan eks-prezident Mixail Saakaşvilinin Ukrayna prezidenti Poroşenkonun müşaviri vəzifəsinə təyin olunması Gürcüstan-Ukrayna ikitərəfli münasibətlərində "bəzi narahatlıq" doğura bilər: "Mən Ukraynanın suverenliyinə hörmətlə yanaşıram və bu ölkənin daxili işi barədə şərh vermək niyyətində deyiləm", deyə Gürcüstan prezidenti jurnalistlərə bildirib.

 

G. Marqvelaşvili açıqlamasında Gürcüstan və Ukrayna hökumətlərinin ikitərəfli sıx münasibətlərin qurulması və bir-birinə dəstək olması haqqında xalq tərəfindən "mandat"ı olduğunu qeyd edib: "Hesab edirəm ki, biz bu narahatçılıqdan istifadə etməyəcəyik və  dövlətlərimizin  inkişafına nail olacağıq", deyə Gürcüstan prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR