Bank Of Baku

Gürcüstan prezidenti parlamenti buraxmaq niyyətində olmadığını bəyan edib

Gürcüstan prezidenti parlamenti buraxmaq niyyətində olmadığını bəyan edib
# 17 yanvar 2013 23:07 (UTC +04:00)

Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili parlamenti və hökuməti buraxacağı barədə yayılmış xəbərləri təkzib edib. “Hökumətin, xüsusən də parlamentin buraxılması ilə bağlı məndə heç bir hiyləgər plan yoxdur”. APA-nın məlumatına görə, bu barədə Mixail Saakaşvili Tiflisdə keçirilmiş mətbuat konfransında bildirib.  

 

Gürcüstan prezidentinin sözlərinə görə, onun hökuməti formalaşdırmaq və güc nazirlərini təyin etmək hüququ var, lakin o “prezident yeni hökumətin fəaliyyətinə mane olur” tipli söz-söhbətlərə yol verməmək üçün bunu etmədi.   

 

Yeni hökumət hökumətin və parlamentin prezident tərəfindən buraxılmasından ehtiyat edərək, konstitusiyaya yeni düzəlişlər etməyə təklif edirlər. Bu düzəlişlər parlamenti buraxmaq hüququ istisna olmaqla prezidenti hökuməti buraxmaq hüququndan məhrum etməyi nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR