Bank Of Baku

Gürcüstan prezidenti səfir postuna yeni namizədlərin siyahısını parlamentə təqdim edib

Gürcüstan prezidenti səfir postuna yeni namizədlərin siyahısını parlamentə təqdim edib
# 07 fevral 2013 09:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili parlamentə bir neçə ölkə və beynəlxalq təşkilatlarda səfir postlarına yeni namizədlərin siyahısını təqdim edib. APA-nın məlumatına görə, namizədlər parlament komitələrinin birgə iclasında müzakirə olunacaq. Prezident yeddi vakant səfir postuna namizəd təqdim edib. Xatırladaq ki, Mixail Saakaşvili yeni xarici işlər nazirinin tələbi ilə 18 ölkə və beynəlxalq təşkilatdan səfirləri geri çağırıb. Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, səfir Teymur Şaraşenidze öz missiyasını əvvəlki qaydada davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR