Bank Of Baku

Gürcüstan parlamentinin spikeri prezidenti konstitusiya komissiyasına qarşı fəaliyyətdə ittiham edib

Gürcüstan parlamentinin spikeri prezidenti konstitusiya komissiyasına qarşı fəaliyyətdə ittiham edib
# 02 may 2017 09:30 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri, hakim ”Gürcü arzusu” partiyasının üzvü İrakli Kobaxidze ölkə prezidenti, müxalifət partiyaları və QHT nümayəndələrini başçılıq etdiyi konstitusiya komissiyasına qarşı “məqsədyönlü kampaniya” aparmaqda ittiham edib.

 

APA-nın “newsgeorgia.ge” saytına istinadən verdiyi məlumata görə, İ. Kobaxidze hesab edir ki, prezident Georgi Marqvelaşvili dəyişikliklərlə bağlı insanları düzgün məlumatlandırmır və onun gördüyü iş prezidentin funksiya və roluna uyğun deyil.

 

“Bir neçə gün əvvəl prezident administrasiyasında digər partiya nümayəndələri və ekspertlər arasında konstitusiyaya dəyişikliklər barədə görüş keçirilib, tərəflər birgə hərəkət planı üzrə razılığa gəlib. Bu plana destruktiv elementlər də daxildir və bir neçə gün sonra biz bu elementlərin necə olacağını görəcəyik”, - deyə o vurğulayıb.


İ. Kobaxidze G. Marqvelaşvilini parlament və konstitusiya komissiyası ilə əməkdaşlıq etməyə çağırıb.

 

Prezident administrasiyasından isə bildiriblər ki, bundan sonra İ. Kobaxidzenin bəyanatlarına heç bir şərh verilməyəcək. Müxalifət partiyaları parlament spikerinin ittihamlarını “absurd” adlandırıb və bütün görüşlərin açıq baş tutduğunu söyləyib.

 

Qeyd edək ki, Dövlət Konstitusiya komissiyası öz işini aprelin 22-də başa vurub. Dəyişikliklər layihəsini ancaq hakim partiya nümayəndələri imzalayıb. Dəyişikliklərə əsasən birbaşa prezident seçkiləri ləğv edilir, deputatlığa namizədlərin yaş məhdudiyyəti 21-dən 25-dək artırılır. Dəyişikliklərdən sonra partiyalar seçki blokları yarada bilməyəcək, ombudsmanın səlahiyyətləri isə artırılacaq. Dəyişikliklər layihəsi artıq Venesiya Komissiyasına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR