Bank Of Baku

Gürcüstan və “Qazprom” Ermənistana ötürülən qazın tranzit haqqının ödənilməsində razılaşa bilməyiblər

Gürcüstan və “Qazprom” Ermənistana ötürülən qazın tranzit haqqının ödənilməsində razılaşa bilməyiblər
# 28 dekabr 2016 15:43 (UTC +04:00)

Gürcüstan və Rusiyanın Qazprom şirkəti arasında Gürcüstan ərazisindən Ermənistana ötürülən təbii qazın tranzit haqqı barədə danışıqların birinci mərhələsi dekabr ayının ortalarında keçirilib  və danışıqlar zamanı tərəflər kompromisə gəlməyiblər. Cari müqavilənin vaxtı dekabrın 31-də başa çatır.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze tərəflər arasında danışıqların davam edəcəyini bildirib. O deyib ki, ölkəsinin mövqeyi dəyişməz qalacaq: “Rusiya tranzit haqqı olaraq Gürcüstana verdiyi 10% təbii qazı pulla əvəzləmək istəyir. Gürcüstan isə ölkə ərazisindən nəql olunan təbii qazın tranzit haqqı kimi pul istəmir və təbii qazın 10%-ni istəyir”.


Qeyd olunub ki, Vyanada keçirilən növbəti danışıqların vaxtı hələ məlum deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR