Bank Of Baku

Gürcüstan XİN: Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüsdür

Gürcüstan XİN: Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüsdür
# 27 noyabr 2017 21:50 (UTC +04:00)

Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların iştirak etdiyi sərgi şəxsi təşəbbüsdür, onun təşkilində dövlət strukturları iştirak etməyib.

 

APA-nın məlumatına görə, bu barədə “Gürcüstan – Onlayn”-a Gürcüstanın Xarici İşlər Nazirliyndən bildiriblər.

 

“Gürcüstan Dağlıq Qarabağı müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Sərgi şəxsi təşəbbüs əsasında açılıb, onun təşkilinə heç bir dövlət strukturu qoşulmayıb", - Gürcüstan XİN-in məlumatında vurğulanıb.

 

Məlumata görə, bundan əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin müvafiq dövlət qurumlarına müraciət edərək, Dağlıq Qarabağdan olan 7 rəssamın əl işlərinin nümayiş etdirildiyi "Dirçəliş" adlı sərginin açılışından narahatlıq ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR