Bank Of Baku

Gürcüstana səfər edən azərbaycanlıların sayı artıb

Gürcüstana səfər edən azərbaycanlıların sayı artıb
# 01 may 2017 23:09 (UTC +04:00)

Aprel ayında Gürcüstana  510 594 turist gəlib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Milli Turizm Agentliyindən bildirilib. Bu rəqəm keçən ilin eyni dövründən 10, 2% çoxdur.

 

Məlumatda qeyd olunub ki, 2017-ci ilin aprel ayında Gürcüstana keçən illə müqayisədə Azərbaycandan 7,1%, Ermənistandan 13, 2%, Türkiyədən 19, 2%, Rusiyadan 16,5%  və Ukraynadan 27,2% çox turist gəlib

 

Aprel ayında Avropa İttifaqı ölkələrindən Gürcüstana gələn turistlərin sayında da artım müşahidə olunub. Ümumilikdə, 2017-ci ilin dörd ayı ərzində ölkəyə 1 776 719 turist gəlib.  Bu, ötən ilin eyni dövründən 11, 1% çoxdur. Gürcüstan 2016-ci ildə xarici turizmdən  2,2 milyard dollar xalis gəlir əldə edib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 milyon dollar çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR