Bank Of Baku

Gürcüstanda 17 nəfər məhbus damarlarını kəsib

Gürcüstanda 17 nəfər məhbus damarlarını kəsib
# 10 fevral 2014 09:44 (UTC +04:00)

Bakı – APA. Gürcüstanda bir qrup məhbus damarlarını kəsib.

 

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə Kutaisi şəhəri yaxınlığında yerləşən Gequti həbsxanasında baş verib.

 

Həbsxana rəhbərliyinin kobud rəftarına etiraz olaraq aclıq edən 17-dək məhbusun damarlarını kəsdiyi bildirilir.

 

Qeyd edək ki, ötən həftə Gequti həbsxanasında 800 nəfər aclıq aksiyasına başlayıb. Onlar həbsxana rəhbərliyinin işdən azad olunmasını tələb edir. Aclıq aksiyası artıq 5 gündür davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR