Bank Of Baku

Gürcüstanda 9 aprel faciəsinin qurbanları yad edilir - FOTO

Gürcüstanda 9 aprel faciəsinin qurbanları yad edilir - <span style="color: red;">FOTO
# 09 aprel 2013 09:10 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan 9 aprel faciəsinin qurbanlarını yad edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, baş nazir Bidzina İvanişvili oğlu və həyat yoldaşı ilə birlikdə Gürcüstan parlamentinin keçmiş binası qarşısındakı 9 aprel abidəsini ziyarət edib, abidənin qarşısına əklil və gül-çiçək dəstələri qoyub. Bu gün digər dövlət və hökumət nümayəndələri və ictimaiyyət təmsilçiləri də abidə önünə gələrək, 24 il bundan əvvəl baş verən faciəni anacaqlar.

 

Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də 9 aprel faciəsinə və Gürcüstanın müstəqilliyinin bərpasına həsr olunan silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, 1989-cu il aprelin 9-da səhər saat 4.00-da Tiflis şəhərinin Rustaveli prospektindəki etiraz aksiyası sovet ordusu tərəfindən dağıdılıb və 21 nəfər öldürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR