Bank Of Baku

Gürcüstanda “Marneuli 500” elektrik yarımstansiyasının təməlqoyma mərasimi keçirilib

Gürcüstanda “Marneuli 500” elektrik yarımstansiyasının təməlqoyma mərasimi keçirilib
# 09 oktyabr 2015 23:45 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Oktyabrın 9-da Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze  azərbaycanlıların kompakt yaşadığı Marneulidə olub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, K. Kaladze Marneulidə yeni  500 kv-lıq “Marneuli 500” elektrik yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

 

Tədbirdə Gürcüstan Dövlət Elekrik Sistemlərinin İdarəçiliyi Şurasının sədri Sulxan Zumberidze, Türkiyənin Gürcüstandakı səfiri  Zəki Ləvənt Gümrükçü və Asiya İnkşaf Bankının (AİB) Gürcüstandakı daimi nümayəndəliyinin direktoru Yeşim Elhan Qayalar çıxış edərək yarımstansiyanın Marneuli bölgəsində tikilməsini vacib hadisə hesab ediblər. Qeyd olunub ki, "Marneuli 500" yarımstansiyası istifadəyə verilməsi  bölgənin inkişafına yeni təkan verəcək.

 

Məlumata görə,  müasir texnologiyalar ilə təchiz olunmuş elektrik yarımstansiyanın tikintisinə AİB-nın maliyyə dəstəyi ilə Gürcüstan Dövlət Elektrik Sistemi İdarəsinin ”Bölgə elektrik ötürücüsünün bərpası layihəsi” çərçivəsində başlanılıb. Yarımstansiyasının tikintisini Türkiyənin “Best” adlı şirkəti həyata keçirəcək. Layihənin dəyəri 20 milyon ABŞ dollarını təşkil edir. Tikinti 2016-cı ilin ikinci yarısında sona çatacaq.

 

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və digər rəsmilər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR