Bank Of Baku

Gürcüstanda “quş qripi”ndən daha 2 nəfər ölüb

Gürcüstanda “quş qripi”ndən daha 2 nəfər ölüb
# 28 fevral 2013 13:29 (UTC +04:00)

 

 APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi açıqlayıb. Bununla da Gürcüstanda ilin əvvəlindən bəri “quş qripi”ndən ölənlərin sayı 15-ə çatıb. Ümumilikdə ölkədə A/H1N1 virusuna 236, B/H1N1 virusuna isə 16 yoluxma halı qeydə alınıb. Bunlar əsasən 4 yaşına qədər olan uşaqlardır.

 

İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Paata İmnadze “quş qripi”nin kütləvi şəkildə yayılması təhlükəsinin olmadığını bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR