Bank Of Baku

Gürcüstanda amerikalı turisti qətlə yetirən gəncə hökm oxunub

Gürcüstanda amerikalı turisti qətlə yetirən gəncə  hökm oxunub
# 08 dekabr 2016 21:32 (UTC +04:00)

Telavidə bu ilin avqust ayında baş verən qətl hadisəsi sonadək araşdırıldıqdan sonra məhkəmə cinayət işinə baxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, avqust ayında Gürcüstan vətəndaşı 20 yaşlı Kaxeti sakini Mixail Çinçaraşvili ABŞ vətəndaşı Frits Volfanq Musseri mübahisə zəminində bıçaqlayıb. Bu barədə Gürcüstanın baş prokurorluğunun saytındakı məlumatda bildirilib.

 

Məlumatda cinayətin Tuşetinin dağlıq ərazisindən Telavi rayonunun Leçuri kəndinə aparan yolda törədildiyi qeyd olunub. İstintaqın məlumatında bildirilib ki, 20 yaşlı gənc 41 yaşlı amerikalı ilə mübahisə etdikdən sonra soyuq silahla ona bir neçə dəfə bıçaqla zərbə endirib, nəticədə ABŞ sakini hadisə yerində ölüb. Polis bir neçə saatdan sonra cinayət törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Sübut üçün ondan soyuq silah olan bıçaq götürülüb.

 

Məlumta görə, saxlanılan Mixail Çinçaraşvili Telavi rayon məhkəməsində cinayəti törətdiyini etiraf edib və Gürcüstan Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə ona 7 ildən 15 ilə qədər həbs cəzası istənilib.

 

20 yaşlı Kaxet sakini törətdiyi cinayətə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR