Bank Of Baku

Gürcüstanda azərbaycanlı tələbələr yerli özünüidarəetmə orqanlarında təcrübə keçəcək

Gürcüstanda azərbaycanlı tələbələr yerli özünüidarəetmə orqanlarında təcrübə keçəcək
# 17 sentyabr 2016 01:18 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Kvemo Kartli bölgəsində üç ay müddətində həyata keçirilən “Özünüidarəetmə Məktəbi” layihəsi başa çatıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihənin yekunu münasibətilə Tiflisdə görüş keçirilib, məktəbin məzunlarına sertifikatlar verilib.

 

Tədbirdə Gürcüstanın Regional inkişaf və İnfrastruktur nazirinin müavini Tengiz Şerqelaişvili, Marneuli Rayon İcra hakimiyyəti başçısı Merab Topçişvili, Kvemo Kartli bölgəsinin yerli hakimiyyət nümayəndələri, BMT-nin İnkşaf Fondunun ( UNDP) “Gürcüstanda Regional və Yerli İnkşafa Dəstək” layihəsinin meneceri Mariam Şioşvili və digər rəsmi şəxslər iştirak ediblər.

 

Sertifikat alan layihə iştirakçılarından 15 nəfər gənc Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr olub.

 

“Özünüidarəetmə Məktəbi” layihəsi “Yaşıl Qafqaz” və Vətəndaş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib, layihədə 60 nəfər tələbə iştirak edib. Tələbələrdən 50-si etnik azlıq nümayəndələri olub. Layihə çərçivəsində fərqlənən tələbələr Kvemo Kartli bölgəsinin yerli özünüidarəetmə orqanlarında təcrübə keçəcəklər.

 

Layihə “Gürcüstanda Regional və Yerli İnkşafa Dəstək” (RLD) layihəsi, BMT-nin İnkşaf Fondunun ( UNDP), Qərbi Gürcüstanda İsveçrə əməkdaşlığı ofisi (SCO) və Avstrya İnkşaf Agentliyi (ADC) tərəfindən maliyyələşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR