Bank Of Baku

Gürcüstanda azərbaycanlıların yaşadığı Ləmbəli kəndində yeni məktəb tikilir - FOTO

Gürcüstanda azərbaycanlıların yaşadığı Ləmbəli kəndində yeni məktəb tikilir - <span style="color: red;">FOTO
# 28 fevral 2015 12:16 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın təhsil və elm naziri Tamar Sanikidze azərbaycanlıların kompakt yaşadığı Saqareco (Qaraçöp mahalı) rayonuna səfər edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev bildirib ki, nazir Ləmbəli kəndində orta məktəbə baş çəkib, habelə yeni məktəb binasının inşasının gedişi ilə tanış olub.

 

T. Sanikidze məktəbdə olarkən müəllim və şagirdlərlə söhbət edib, onların problemləri ilə maraqlanıb. Nazir bildirib ki, məktəb iki sektordan ibarət olacaq, şagirdlərə həm gürcü, həm də azərbaycanlı müəllimlər dərs deyəcəklər: "Məktəbin gürcü sektorunda 80, Azərbaycan sektorunda isə 935 şagird oxuyacaq. Üç mərtəbəli məktəbin ümumi sahəsi 6. 438 kv.m olacaq. Məktəb müasir standartlara cavab verəcək. Burada istilik sistemi quraşdırılacaq, idman və konfrans zalları, kitabxana və yeməkxana fəaliyyət göstərəcək, informasiya texnologiyaları və təbiət elmləri üzrə sinif otaqları olacaq, idman oyunları üçün 300 kv.m sahəni əhatə edən köməkçi obyektlər tikiləcək".

 

T. Sanikidze Ləmbəliyə səfəri zamanı qeyd edib ki, məktəb yeni tədris ilənədək istifadəyə veriləcək.

 

S. Mirzəyev isə APA-ya açıqlamasında Ləmbəli kənd orta məktəbinin çox acınacaqlı vəziyyətdə olduğunu və azərbaycanlı şagirdlərin icarəyə götürülmüş şəxsi evlərdə çətinliklə oxuduqlarını bildirib: "Ləmbəli kənd orta məktəbində oxuyan şagirdlər 8 ildən çoxdur ki, şəxsi evlərdə təhsil alırdılar. Məktəbin keçmiş binası acınacaqlı vəziyyətdə idi, uçmaq təhlükəsi yaranmışdı. Şagirdlər bir neçə kilometr yol qət edib qarda, yağış və palçıq içində şəxsi evlərə gedib təhsil alırdılar. Kənd əhalisi Gürcüstan hökumətinə müraciət etdikdən sonra hökumət qərara aldı ki, bu kənddə yeni və müasir standartlara uyğun 3 mərtəbəli bina tikilsin. Hazırda məktəbdə tikinti işləri sürətlə gedir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR