Bank Of Baku

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda seçkilər sakit keçir

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı rayonda seçkilər sakit keçir
# 21 oktyabr 2017 07:27 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda yerli idarəetmə orqanlarına seçkilər sakit keçir.

 

APA-nın yerli bürosunun xəbərinə əsasən, bu barədə rayonun seçki komissiyasından məlumat verilib.

 

Məlumata əsasən, bu vaxta qədər heç bir qanun pozuntusu qeydə alınmayıb: “Səsvermə prosesi qanuna uyğun gedir. Seçici fəallığı ilə bağlı ilk məlumat saat 10:00-da açıqlanacaq”. 

 

Gürcüstanın Mərkəzi Seçki Komissiyasından ölkə üzrə bütün seçki məntəqələrində seçkilərin azad şəraitdə keçirildiyi bildirilir. Seçkilərin ilkin nəticələrinin saat 20:00-dan, səsvermənin başa çatmasından sonra açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, bu gün Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR