Bank Of Baku

Gürcüstanda azərbaycanlıların yaşadığı kənd ərazisində yanğın söndürülüb - YENİLƏNİB

Gürcüstanda azərbaycanlıların yaşadığı kənd ərazisində yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 27 avqust 2017 20:02 (UTC +04:00)

Gürcüstanın Marneuli rayonunun Şaumyan kəndində meşədə baş vermiş yanğın söndürülüb.

 

APA-nın yerli bürosu Marneuli bələdiyyəsinə istinadla xəbər verir ki, yanğın nəticəsində 4 hektara yaxın sahə yanıb. Hadisə yerinə Marneuli və Bolnisi rayonlarının yanğınsöndürmə briqadaları, həmçinin Marneuli polis və Milli Meşəçilik Agentliyinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşları cəlb olunmuşdu.

 

Marneuli bələdiyyəsi yerli kənd sakinlərinin yanğının söndürülməsində fəal iştirak etdiyini qeyd edib.

 

***

 

19:27

 

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Şaumyan kəndində meşədə yanğın baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb olunub.

 

Yerli sakinlər də yanğının söndürülməsində iştirak edir. Rayon rəhbərliyindən bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR