APA-nın “Novosti-Qruziya”ya istinadən yaydığı məlumata görə, bununla da ilin əvvəlindən ölkədə “quş qripi”ndən ölənlərin sayı 22 nəfərə çatıb.
Gürcüstan xəstəliklərə nəzarət və ictimai səhiyyə Milli Mərkəzinin məlumatına görə, hazırda Gürcüstanda A/H1N1 virusuna yoluxmaya dair 262, B/H1N1 virusuna yoluxmaya dair isə 22 fakt qeydə alınıb. Bu təhlükəli xəstəliyə yoluxanların əksəriyyəti yaşı 65-dən yuxarı olan şəxslərdir.
Xatırladaq ki, qeyd olunan mərkəzin rəhbəri Paata İmnadze bundan əvvəl verdiyi açıqlamalarda H1N1 virusunun Gürcüstanda kütləvi şəkildə yayılma ehtimalının olmadığını bildirib.