Bank Of Baku

Gürcüstanda dini ocaqların elektron xəritəsinin təqdimatı keçirilib

Gürcüstanda dini ocaqların elektron xəritəsinin təqdimatı keçirilib
# 24 may 2017 23:56 (UTC +04:00)

Gürcüstanda Dini Məsələlər üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkə ərazisində fəaliyyət göstərən dini icmaların elektron xəritəsi çap olunub.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mayın 24-də Gürcüstan rəsmiləri, diplomatik korpus nümayəndələri və müxtəlif konfessiyaların rəhbərlərinin iştirak etdiyi tədbirdə yeni çap olunan elektron xəritənin təqdimatı keçirilib.

 

Tədbirdə çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ölkədə dini icmaların statistik məlumatını özündə əks etdirən xəritəyə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, xəritənin hazırlanmasına xeyli vaxt sərf edilib, ölkə ərazisindəki dini ocaqlarda və ibadətxanalarda müvafiq çəkilişlər aparılıb. Təqdimatda  Gürcüstanda müxtəlif dinlərin daşıyıcılarının birlikdə sülh və əmin-amanlıq şəraitində yaşadıqları, bunun dünya ölkələrinə nümunə olduğu vurğulanıb.

 

Tədbirdə ölkədə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, o cümlədən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və idarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR