Bank Of Baku

Gürcüstanda etnik azlıqların məskunlaşdığı bölgələrdə dövlət dilinin tədrisinə xüsusi diqqət yetiriləcək

Gürcüstanda etnik azlıqların məskunlaşdığı bölgələrdə dövlət dilinin tədrisinə xüsusi diqqət yetiriləcək
# 20 dekabr 2017 08:22 (UTC +04:00)

“Gürcüstanda etnik azlıqların məskunlaşdığı bölgələrdə dövlət dilinin tədrisinə xüsusi diqqət yetiriləcək”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan təhsil və elm naziri Mixeil Çxenkeli parlamentdə keçirilən dinləmələrdə deyib. 

 

Nazir bildirib ki, təhsil sisteminin inkişafının əsas istiqamətləri təhsilin səviyyəsini yüksəltmək, beynəlxalq standartlara yaxınlaşdırmaq və təhsilin hər pilləsində inklüziv təhsili təmin etməkdir. 

 

M.Çxenkeli qeyd edib ki, kənd məktəblərində mövcud problemləri həll etmək üçün onların bağça, məktəb, peşə təhsili proqramları, kitabxana, idman və yaradıcılıq klublarını özündə birləşdirəcək təhsil mərkəzlərinə transformasiya olunmasına xüsusi diqqət yetiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR