Bakı - APA. Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ölkəsində məcburi həqiqi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalayıb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, nazir bildirib ki, sözügedən məsələ ilə bağlı parlament müvafiq qanun qəbul edə bilməyib: "Bu, mənə imkan verir ki, təşəbbüsü öz əlimə götürüm və şəxsən qərar verim. Sizin qarşınızda məcburi həqiqi hərbi xidmətin ləğvi ilə bağlı sərəncamı imzalayıram. Müvafiq olaraq, sənən qüvvəyə düşüb".